Göygöldə 2 uşaq göldə boğularaq ölüb - YENİLƏNİB Hadisə

Göygöldə 2 uşaq göldə boğularaq ölüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

16.23

Göygöl rayonunda 2 nəfər göldə boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.

İlkin məlumata görə, suda boğularaq ölənlərdən biri 2017-ci, digəri 2016-cı il təvəllüdlü azyaşlılardır.