15 İyun 12:10
1 442
Yəhudi dövlətinin müdafiə naziri İsrael Katz xəbərdarlıq edib ki, Livandakı hadisələrə görə İranın İsrailə hücum edəcəyi təqdirdə, İsrail ordusu İrana "bütün gücü ilə" zərbə endirəcək.
Xalqcebhesi.az xəbər verir ki, nazirin bu fikirlərini İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
"Əgər İran Livandakı hadisələr səbəbindən İsrailə hücum edərsə, İsrail imkanlarımız arasındakı fərqi nümayiş etdirmək üçün ona (İrana) bütün gücü ilə zərbə endirəcək", — deyə Kats bildirib. Daha əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrail ordusunun Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarında "qeyri-müəyyən müddətə" qalacağını bəyan etmişdi.
Məryəm Quliyeva