09:51
1 449
ABŞ və İran arasında qaynar xətt Hörmüz boğazında gəmiçiliyin bərpası üçün zəruridir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani "Financial Times" (FT) qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, tərəflərin İsveçrədəki danışıqlar zamanı yaradılması barədə razılığa gəldikləri bu cür əlaqə kanalı dezinformasiyaya qarşı mübarizə aparmaq və bu mühüm su yolunun minalardan təmizlənməsi zamanı fəaliyyətlərin koordinasiyasını təmin etmək üçün lazımdır.
Tehran və Vaşinqton arasında Pakistanla birlikdə vasitəçi rolunu oynayan Qətərin hökumət başçısı "Bəzən biz bu cür vəziyyətlərlə", çaşqınlıq yaratmaq cəhdləri ilə qarşılaşırıq, deyə qeyd edib. Nəşrin həmsöhbəti vurğulayıb ki, "Ona görə də qaynar xəttin məqsədi təhlükə ilə üzləşən hər hansı bir gəminin İran tərəfindən yoxlanılmasına və təhlükəsiz şəkildə buraxılmasına əmin olmaqdır".
Məryəm Quliyeva