ABŞ dünya çempionatında İrana millisinə güzəşt edib İdman

ABŞ dünya çempionatında İrana millisinə güzəşt edib

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi İran millisinin ölkəyə giriş qaydalarında yumşalmaya gedib.

Bu barədə "NBC News" məlumat yayıb.

Məlumata görə, İran yığmasına iyunun 27-də Misirlə keçiriləcək dünya çempionatı matçından iki gün əvvəl ABŞ-a gəlməyə icazə verilib.

Bundan əvvəl ABŞ tərəfinin tələbi ilə İran millisi oyunlardan cəmi 24 saat əvvəl Los-Ancelesə gəlir və həmin gün geri qayıdırdı. Bu dəfə komandaya oyundan iki gün əvvəl Sietlə gəlmək imkanı yaradılıb.