Tramp: Amerikalılar İrana qarşı sərt addımlar tələb edir Dünya

Tramp: Amerikalılar İrana qarşı sərt addımlar tələb edir

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Amerika vətəndaşları İrana qarşı sərt siyasəti təkcə dəstəkləmir, həm də bunu tələb edir.

Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Onlar bunu sadəcə dəstəkləmir, tələb edirlər. Çünki heç kim İranın nüvə silahı əldə etməsinə imkan vermək istəmir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp, həmçinin İranla müharibənin ABŞ üçün baha başa gəlmədiyini iddia edib.

“Bu əməliyyat çox ucuz başa gəlib. Əsl xərcləri İran nüvə silahı əldə edərsə görərsiniz”, – deyə o əlavə edib.