Oman Hörmüz boğazında rüsumsuz müvəqqəti dəhliz açıb Gündəm

Oman Hörmüz boğazında rüsumsuz müvəqqəti dəhliz açıb

Oman, BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (BDT) ilə koordinasiyalı şəkildə Hörmüz boğazında gəmilər üçün müvəqqəti tranzit dəhlizi açıb və bu dəhlizdən keçid rüsum alınmadan həyata keçiriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə sultanlığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənəddə qeyd olunur: "Oman Sultanlığının Hörmüz boğazına görə daşıdığı məsuliyyətdən çıxış edərək, həmçinin boğazda tranzit rüsumları tətbiq edilmədən gəmiçilik azadlığına təminat verən beynəlxalq hüquq və dəniz hüququna sadiqliyinə uyğun olaraq, Oman, Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiyalı şəkildə bütün gəmilər üçün müvəqqəti dəniz dəhlizindən istifadə imkanı yaradıb".

Nazirlikdən bildiriblər ki, bu addım ABŞ və İran arasında əldə olunmuş razılaşmalar çərçivəsində atılıb. Boğazdan yeni marşrutla keçmək istəyən gəmilər öz fəaliyyətlərini təşkilat və Oman hakimiyyəti tərəfindən müəyyən edilmiş koordinatlara uyğun olaraq BDT ilə koordinasiya etməlidirlər.

Məryəm Quliyeva