“Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb - VİDEO
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
Bəzi yerlərdə yağıntılı hava üç gün davam edəcək, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın 20 döyüşçüsünü məhv edib
14:04
595
“İyulun 11-də Pakistanda keçirilməsi planlaşdırılan ABŞ–İran danışıqları tərəflər arasında münasibətlərin tam normallaşmasından daha çox, gərginliyin idarə olunmasına xidmət edən növbəti diplomatik mərhələ kimi qiymətləndirilə bilər. Hazırkı şəraitdə əsas müzakirə mövzuları nüvə proqramı, sanksiyaların mərhələli yumşaldılması, dondurulmuş İran vəsaitlərinin taleyi və regional təhlükəsizlik məsələləri olacaq”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov hesab edir ki, bu görüşdən yekun siyasi razılaşma gözləmək hələ tezdir: “Daha real ssenari texniki məsələlər üzrə müəyyən irəliləyişin əldə olunması, dialoqun davam etdirilməsi və yeni eskalasiyanın qarşısını alacaq mexanizmlərin razılaşdırılmasıdır. Vaşinqton da, Tehran da anlayır ki, hərbi qarşıdurmanın yenidən alovlanması həm regional təhlükəsizliyə, həm də qlobal enerji bazarlarına ciddi risklər yaradar”.
O bildirib ki, eyni zamanda, Pakistanın vasitəçi kimi ön plana çıxması İslamabadın beynəlxalq diplomatiyada artan rolunu nümayiş etdirir: “Əgər danışıqlar konstruktiv atmosferdə keçərsə, bu, qarşılıqlı etimadın müəyyən qədər bərpasına, sonrakı mərhələdə daha geniş siyasi razılaşmalar üçün zəminin formalaşmasına və Yaxın Şərqdə gərginliyin idarəolunan səviyyədə saxlanılmasına töhfə verə bilər”.
Röya İsrafilova