SEPAH: İranın Buşəhr əyaləti üzərində ABŞ-yə məxsus "MQ-9" PUA-sı vurulub Gündəm

SEPAH: İranın Buşəhr əyaləti üzərində ABŞ-yə məxsus "MQ-9" PUA-sı vurulub

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) hava hücumundan müdafiə (HHM) vasitələri Buşəhr əyalətinin səmada Amerikanın MQ-9 pilotsuz uçuş aparatını vurub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə SEPAH nümayəndəsi Hüseyn Mohebi bəyan edib.

"ABŞ-nin səhər saatlarında reallaşdırdığı hava müdaxiləsindən sonra MQ-9 pilotsuz təyyarəsi Buşəhr əyalətinin Xormuc şəhəri səmada SEPAH HHM sisteminin atəşi ilə hədəfə alınıb və vurulub", — deyə "Tasnim" agentliyi onun sözlərindən sitat gətirib.

Məryəm Quliyeva