Ronaldu Portuqaliya yığmasındakı karyerasını başa vurdu - RƏSMİ
ADY: Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Gələn il hamiləliyə və doğuma görə adambaşına müavinət xərci 3946,16 manat olacaq
BTQ: Qlobal Cənub Gənclər Platformasında təmsil olunan ölkələrin sayı artıq 40-a çatıb
9 İyul 11:13
2 849
Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı Tehran və Vaşinqtonu dialoqa və qarşılıqlı anlaşma memorandumunun şərtlərini yerinə yetirməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilir ki, söhbət zamanı Qətər hökumətinin başçısı "bütün tərəflərin dialoq və diplomatiyaya, eləcə də qarşılıqlı anlaşma memorandumu çərçivəsində razılaşdırılmış şərtlərə sadiq qalmasının vacibliyini" vurğulayıb.
Tərəflər həmçinin ABŞ və İran arasındakı hərbi gərginliyi müzakirə ediblər. Məhəmməd bin Əbdürrəhman Əl Tani Hörmüz boğazında kommersiya gəmilərinə edilən son hücumları pisləyib və qeyd edib ki, bu cür hərəkətlər "etimadı sarsıdır, beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə təhdid yaradır və regional sabitliyin möhkəmləndirilməsi səylərinə zərər vurur".
Məryəm Quliyeva