13:55
483.jpg)
ABŞ Konqresindəki respublikaçılar müdafiə naziri Pit Heqsetin istefaya göndərilməsi üçün səsvermə təşəbbüsü qaldırmaq niyyətindədirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı konqresmen Tomas Massiyə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, təşəbbüsün dəstəklənəcəyi ehtimalı yüksəkdir.
Partiya yoldaşları Heqseti İranla münaqişəni uzatmaqda ittiham edirlər. Onların qiymətləndirməsinə görə, bu münaqişə artıq çıxılmaz bataqlığa çevrilib.
Məryəm Quliyeva