“Kəpəz”in futbolçusu Moldova millisinə dəvət aldı İdman

“Kəpəz”in futbolçusu Moldova millisinə dəvət aldı

“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına çağırılıb.

Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu UEFA Millətlər Liqasının C Liqası çərçivəsində Qazaxıstan və Farer adaları yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyətə cəlb olunub.

Qazaxıstanla qarşılaşma noyabrın 13-də, Farer adaları ilə görüş isə noyabrın 16-da baş tutacaq.

Qeyd edək ki, Viktor Stina Moldova millisinin heyətində 34 oyun keçirib və 4 qol vurub.