14:02
385
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2030-ci il 1 yanvar tarixinə qədər təxirə salınır.
APA-nın xəbərinə görə, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
İcbari tibbi sığortada müştərək maliyyələşmə 2027-ci il yanvarın 1-dən tətbiq edilməli idi.
Qeyd edək ki, qanuna əsasən, mövcud qanuna əsasən ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Bu müddəanın tətbiqi (müştərək maliyyələşdirmə) daha 3 il müddətinə (2030-cu il yanvarın 1-dək) təxirə salınır.
15:07
21
14:42
343
14:26
364