13:59
588
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də keçirilən aralıq seçkilərinin nəticələrinin ölkəsinin yerləşdiyi regiona və dünya siyasətinə müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "TRT Haber" telekanalı sitat gətirib.
"Ümid edirəm ki, seçki nəticələri Amerika xalqına xeyir gətirər. Həmçinin ümid edirəm ki, bu nəticələr regionumuza və dünya siyasətinə müsbət təsir göstərəcək. Yəqin ki, hələlik hər hansı qəti nəticə çıxarmaq tezdir", - deyəTürkiyə lideri jurnalistlərə müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, Türkiyə-ABŞ münasibətləri strateji xarakter daşıyır və möhkəm bünövrəyə malikdir: "Biz köklü strateji münasibətləri olan iki NATO müttəfiqiyik. Regionumuz artıq uzun müddətdir ki, çox gərgin bir dövr yaşayır. Ətrafımızda, təəssüf ki, müharibələr və münaqişələr davam edir. Biz regionumuzda tezliklə sülhün bərqərar olmasını istəyirik. Ən böyük arzumuz seçki nəticələrinin regionumuzda davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verməsidir".
Məryəm Quliyeva