ABŞ İrana qarşı növbəti zərbələr seriyaını başa çatdırıb Gündəm

ABŞ İrana qarşı növbəti zərbələr seriyaını başa çatdırıb

ABŞ hərbçiləri İran ərazisinə növbəti zərbələr dalğasını yekunlaşdırıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

"Mərkəzi Komandanlığın qüvvələri ardıcıl 13-cü gecə İrana zərbələr endirilməsini başa çatdırıb", — deyə komandanlığın "X" səhifəsindəki paylaşımda bildirilir.

Qeyd edildiyi kimi, ABŞ hücumlarının hədəfləri komanda məntəqələri, dronların saxlanma yerləri, sahil müşahidə məntəqələri və Hərbi Dəniz Qüvvələrinin vasitələri olub.

Məryəm Quliyeva