Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub İqtisadiyyat

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

Dünya əmtəə bazarlarında neft cüzi ucuzlaşıb da 100 dollardan yuxarı ticarət olunub.

“ICE” birjasında Brent markalı neftin 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,20 ABŞ dolları və ya 0,20% azalaraq 100,49 ABŞ dolları/barel olub.

“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersləri isə 0,45 ABŞ dolları və ya 0,49% ucuzlaşaraq 91,74 ABŞ dolları/barel səviyyəsində ticarət edilir.

Analitiklərin fikrincə, qiymətlərdəki cüzi eniş son günlər neftin kəskin bahalaşmasından sonra investorların qazancını reallaşdırması ilə bağlıdır. Yəni bir sıra investorlar bahalaşmadan faydalanaraq neft satmağa üstünlük veriblər. Bununla belə, Yaxın Şərqdə davam edən gərginlik neft təchizatına dair narahatlıqları qoruduğundan qiymətlər hələ də yüksək səviyyədə qalır.