Trampın İranla müharibəni tez bitirmək planı boşa çıxıb Gündəm

Trampın İranla müharibəni tez bitirmək planı boşa çıxıb

ABŞ Prezidenti Donald Tramp hərbçilərin İrana qarşı hərbi əməliyyatları bir neçə həftə ərzində başa çatdıra biləcəyini gözləyirdi, lakin nəticədə Vaşinqton sonu görünməyən uzanmış bir münaqişə ilə üz-üzə qaldı.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən yazır.

Məlumata görə, ABŞ lideri əsəbidir və onun bəzi müşavirləri İranla artıq qiymətlərin artmasına, reytinqlərin düşməsinə və 10-dan çox amerikalı hərbçinin ölümünə səbəb olan müharibənin Trampın "prezidentlik dövrünü udmasından" və respublikaçıların ABŞ Konqresinə gözlənilən aralıq seçkilərindəki onsuz da tutqun olan perspektivlərini sarsıtmasından ehtiyat edirlər.

WSJ qeyd edir ki, Tramp Tehranla münaqişənin diplomatik yolla tənzimlənməsi imkanına getdikcə daha az inanır. Qəzetin mənbələrindən birinin sözlərinə görə, ABŞ prezidenti İrana qarşı "qisas rejimini açıb" və İslam Respublikasının yalnız hərbi güc dilini anladığını düşünür. Eyni zamanda, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner İranla sazişin mümkün olduğunu hesab edirlər.

Məryəm Quliyeva