28 İyul 15:16
1 141
Ukrayna Xarici İşlər Nazirliyi İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasım əl-Abudinin "Ukrayna tərəfinin ölkə ərazisindəki hücumlarla əlaqəli olması" barədə ittihamlarını rədd edib.
Xalqcebhesi.az -ın məlumatına görə, Kiyevdə bildiriblər ki, İraq tərəfi öz iddialarına dair heç bir sübut təqdim etməyib və diplomatik kanallar vasitəsilə rəsmi müraciətlər göndərməyib. Nazirlikdə vurğulanıb ki, ittihamlar yalnız televiziya efirində səsləndirilib və bu cür addım məsuliyyətsizdir, həmçinin Ukrayna-İraq münasibətlərinə xələl gətirə bilər.
Ukraynanın xarici siyasət idarəsindən o da qeyd olunub ki, bu cür bəyanatlar "Rusiya təbliğatının narativləri" ilə üst-üstə düşür və Ukraynanın Yaxın Şərq ölkələri ilə münasibətlərini pozmağa yönəlmiş informasiya kampaniyasının tərkib hissəsi ola bilər.
Xatırladaq ki, daha əvvəl İraq prezidentinin müşaviri Ukrayna kəşfiyyatçılarını hücumlarda günahlandırmışdı.
Məryəm Quliyeva