09:09
826
Dövlət Departamenti 2026-cı ildə Ukraynada cinayətkarlıqla mübarizə etmək məqsədilə pilotsuz uçuş aparatlarının (PUA) alınmasına təxminən 40 milyon dollar ayırıb.
Xalqcebhesi.az xəbər verir ki, bunu TASS-ın tanış olduğu ABŞ administrasiyasının dövlət satınalmaları portalında dərc olunan sənədlər sübut edir.
Bu məlumatlardan görünür ki, 2026-cı ilin fevralında Dövlət Departamentinin Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Fəaliyyəti İdarəsi pilotsuz uçuş aparatları və onların yerüstü idarəetmə stansiyalarının alınması üçün iki müqavilə üzrə Ukraynanın "Stream Techno" şirkətinə ümumilikdə 32 milyon dollara yaxın vəsait ayırıb. Avqust ayında bu iki müqavilə üzrə ayrılan vəsaitin məbləği ümumilikdə 39,9 milyon dollara çatdırılıb.
Dövlət Departamentinin saytındakı məlumata görə, adı çəkilən idarə "narkoterrorizm, narkotik qaçaqmalçılığı, transsərhəd mütəşəkkil cinayətkarlıq və digər kriminal təhdidlərlə birbaşa onların yarandığı yerlərdə mübarizə aparmaq üçün" xarici hökumətlərlə, hüquq-mühafizə orqanları və özəl sektor nümayəndələri ilə əməkdaşlıq edir.
Məryəm Quliyeva