25 Avqust 16:35
25 Avqust 16:32
25 Avqust 16:30
08:59
434
ABŞ administrasiyası bütün dünyada immiqrasiya vizaları üçün müraciətlərin qəbulunu müvəqqəti dayandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.
ABŞ Dövlət Departamentindən qəzetə bildirildiyinə görə, bu qərar konsulluq əməkdaşlarının ABŞ-də dövlət yardımına ehtiyac duyub tələb edə biləcək şəxsləri fərqləndirib kənarlaşdırmaları üçün "dərinləşdirilmiş təlim keçmələri" məqsədilə qəbul edilib.
Müsahibə vaxtı artıq təyin olunmuş müraciətçilərə görüşlərin təxirə salınması barədə məktublar göndərilib. Onlara yeni tarix və vaxt barədə daha sonra məlumat veriləcəyi vəd edilib.
Keçən həftə ABŞ federal məhkəməsi 75 ölkənin vətəndaşlarına ölkədə uzunmüddətli qalmağı nəzərdə tutan immiqrasiya vizalarının verilməsinə qoyulan qadağanı ləğv edib. Məhkəmənin qənaətinə görə, bu qadağa Konqres tərəfindən konsulluq xidmətlərinə verilmiş vizalar üzrə "səlahiyyətlərə və qərar qəbul etmək hüququna" xələl gətirir.
İmmiqrasiya vizalarının alınmasına qadağa yanvar ayında 75 ölkənin vətəndaşları üçün tətbiq olunmuşdu. Bu qadağa Rusiya, eləcə də Braziliya, Somali, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən və digər dövlətlərdən olan müraciətlərə şamil edilirdi. Hakimiyyət orqanlarının fikrincə, bu ölkələrdən olan müraciətçilərin müavinətlərə iddia etmək ehtimalı daha yüksək idi.
Məryəm Quliyeva