Ermənistanın keçmiş prezidentinin oğlu həbs edilib Dünya

Ermənistanın keçmiş prezidentinin oğlu həbs edilib

Məhkəmə Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryanın oğlu barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Xalqcebhesi.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə KİV nümayəndələrinə vəkil Aleksandr Koçubayev məlumat verib.

Müttəhimin həbsə göndərilməsi barədə vəsatəti istintaq qaldırıb. Bu müddət ərzində o, yalnız həyat yoldaşı və uşaqları ilə görüşə bilər. Hüquqşünasın sözlərinə görə, söhbət hüquqdan kənar təqibdən gedir, çünki bəzi hallarda iddia müddəti keçib, digər hallarda isə ittihamlar qondarma olub.

"Qeyd etmək olar ki, biz qanunsuz siyasi kontekst daşıyan təqiblə qarşı-qarşıyayıq", — deyə Koçubayev hesab edir.

Məryəm Quliyeva