25 Avqust 16:35
25 Avqust 16:32
25 Avqust 16:30
ABŞ hərbçiləri Karib dənizində "narkoterrorçular"ın qayığına zərbə endirib
ABŞ Kanadaya qarşı gömrük rüsumlarının sərtləşdirilməsini nəzərdən keçirir
İran ABŞ-nin Yaxın Şərqdəki obyektlərinə misli görünməmiş zərər vurub
Bir neçə günlük yüksəlişdən sonra "Bitcoin" 79 min dollara kimi ucuzlaşıb
ABŞ administrasiyası Səudiyyə Ərəbistanı ilə nüvə sazişini Konqresə təqdim edib
08:18
322
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap”də “Bitcoin” 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib.
“Ethereum” sutka ərzində 1,58% ucuzlaşaraq 2 464,41 dollara, BNB 2,87% azalaraq 695,99 dollara düşüb. Daha kəskin ucuzlaşma “Zcash”da qeydə alınıb. Kriptovalyutanın qiyməti 8,49% azalaraq 784,54 dollara enib. “Bitcoin Cash” 3,83%, “Bittensor” isə 3,20% ucuzlaşıb. “Monero” isə 0,37% bahalaşaraq 442,81 dollara çatıb.
Qızıl əsaslı kriptovalyutalarda cüzi bahalaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 0,24% bahalaşaraq 4 640,88 dollara, “Tether Gold” (XAUT) isə 0,27% artaraq 4 632,46 dollara yüksəlib.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 2,19% azalaraq 2,65 trilyon dollara enib.
Qeyd edək ki, “Bitcoin” ötən gün üç aydan çox müddətdə ilk dəfə 80 min dollar həddini keçərək 81 237,94 dollara qədər bahalaşmışdı. Sonrakı ucuzlaşma sürətli yüksəlişdən sonra mənfəətin realizasiyası və bazarda yeni müsbət katalizatorların olmaması ilə əlaqələndirilir. Analitiklər 80–82 min dollar aralığını “Bitcoin” üçün mühüm müqavimət zonası kimi qiymətləndirirlər.
08:17
308
25 Avqust 19:23
917
25 Avqust 17:31
903