25 Avqust 16:35
25 Avqust 16:32
25 Avqust 16:30
09:04
427.jpg)
ABŞ ordusunun Kentukki ştatındakı Fort-Kempbell hərbi bazasında yerləşən "Black Hawk" helikopteri Kolorado ştatının dağətəyi meşəlik ərazisində qəzaya uğrayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Gilpin dairəsinin şerif ofisinin verdiyi məlumata görə, göyərtədə dörd nəfər olub və ilkin məlumatlara əsasən, onların heç biri xəsarət almayıb.
Ordu nümayəndəsi baş verənləri təlim əməliyyatı zamanı meydana gələn "aviasiya insidenti" kimi qiymətləndirib. Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.
Məryəm Quliyeva