25 Avqust 16:35
25 Avqust 16:32
25 Avqust 16:30
ABŞ hərbçiləri Karib dənizində "narkoterrorçular"ın qayığına zərbə endirib
ABŞ Kanadaya qarşı gömrük rüsumlarının sərtləşdirilməsini nəzərdən keçirir
İran ABŞ-nin Yaxın Şərqdəki obyektlərinə misli görünməmiş zərər vurub
Bir neçə günlük yüksəlişdən sonra "Bitcoin" 79 min dollara kimi ucuzlaşıb
ABŞ administrasiyası Səudiyyə Ərəbistanı ilə nüvə sazişini Konqresə təqdim edib
08:17
301
Qlobal fond bazarlarında son sutkada əsas indekslər üzrə müsbət dinamika üstünlük təşkil edib.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 160,24 bənd və ya 0,30% artaraq 53 577,40 bəndə, “S&P” 500 24,42 bənd və ya 0,32% yüksələrək 7 677,28 bəndə, “Nasdaq Composite” isə 171,11 bənd və ya 0,66% artaraq 26 151,30 bəndə çatıb. “NYSE Composite” 42,01 bənd və ya 0,17% yüksələrək 24 768,65 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 243,51 bənd və ya 0,66% artaraq 36 957,63 bənd təşkil edib.
Avropada “Euro Stoxx” 50 7,65 bənd və ya 0,12% artaraq 6 455,63 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 31,84 bənd və ya 0,29% yüksələrək 10 886,16 bəndə, Almaniyanın “DAX” indeksi 159,54 bənd və ya 0,61% artaraq 26 266,14 bəndə çatıb. Fransanın “CAC” 40 indeksi 13,81 bənd və ya 0,16% azalaraq 8 439,20 bəndə, İspaniyanın “IBEX” 35 indeksi isə 42 bənd və ya 0,21% geriləyərək 20 056,60 bəndə düşüb.
Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 371,12 bənd və ya 0,56% artaraq 66 227,55 bəndə, “TOPIX” 24,77 bənd və ya 0,61% yüksələrək 4 118,44 bəndə çatıb. Honq-Konqun Hang Seng indeksi 204,70 bənd və ya 0,80% artaraq 25 715,80 bənd, Çinin “CSI” 300 indeksi 48,43 bənd və ya 1,06% yüksələrək 4 600,46 bənd təşkil edib.
Avstraliyanın “S&P/ASX” 200 indeksi 19,78 bənd və ya 0,22% azalaraq 9 144,80 bəndə düşüb. “MSCI AC Asia Pacific” indeksi isə 1,47 bənd və ya 0,54% artaraq 275,25 bəndə yüksəlib.
Analitiklərə görə, fond bazarlarında yüksəlişə əsasən texnologiya səhmlərinin əvvəlki itkilərin bir hissəsini bərpa etməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması dəstək verib. Xüsusilə investorların “Nvidia”nın rüblük maliyyə nəticələrinə dair gözləntiləri texnologiya sektorunda alışları gücləndirib. Bununla yanaşı, bazar iştirakçılarının diqqəti ABŞ-da açıqlanacaq inflyasiya göstəricilərinə və Federal Ehtiyat Sisteminin pul siyasəti siqnallarına yönəlib.
08:18
322
25 Avqust 19:23
917
25 Avqust 17:31
903