25 Avqust 16:35
25 Avqust 16:32
25 Avqust 16:30
08:55
364
ABŞ hərbçiləri Karib dənizində "narkoterrorçular"ın qayığına zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Hərbi Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) özünün "X" sosial şəbəkəsindəki səhifəsində bu barədə məlumat yayıb.
Bəyanatda bildirilir ki, "Qərb yarımkürəsi" Birləşmiş Əməliyyat Qrupu Karib dənizində müəyyən edilmiş narkotrafik marşrutları ilə hərəkət edən sürətli gəmiyə hücum edib. Buna qədər kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal istifadə olunduğunu təsdiqləyib. Keçirilən əməliyyat nəticəsində dörd narkotik alverçisi zərərsizləşdirilib.
Məryəm Quliyeva