Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik müzakirə edildi
Yaşar Gülər: "Birliyin Gücü-2026” birgə hərbi təlimi mükəmməl şəkildə icra olundu
Zakir Həsənov: Birgə təlimlər sülh və sabitliyin təmin olunmasına töhfə verir
Azərbaycan, Rusiya və Çin hərbi prokurorluqları arasında əməkdaşlıq müzakirə edilib
14:27
700
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək ora 23 fiziki və hüquqi şəxsi, həmçinin səkkiz gəmini daxil edib.
Xalqcebhesi.az xəbər verir ki, yenilənmiş qara siyahını Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi dərc edib.
Belə ki, Cənubi Osetiyanın prezidenti Marat Kambolov, Rusiya Federasiyası prezidentinin müşaviri Alan Qaqloyev, Zaporojye vilayətinin keçmiş qubernator müavini Sergey Tolmaçov, habelə DXR, LXR, Xerson və Zaporojye vilayətlərində, eləcə də Krımda "Birincilərin hərəkatı" Şurasının sədrləri sanksiyalara məruz qalıblar. Bununla yanaşı, Gürcüstanın "Sülh naminə həmrəylik" partiyasının beynəlxalq katibi Mamuka Pipiya, "Gürcüstanın Gənc Avrasiyalılar İttifaqı" ictimai təşkilatının sədri Georgi Iremadze, "Sezoni" teleşirkətinin təsisçisi Nikoloz Mjavanadze, Zaporojye və Xerson vilayətlərindən olan məmurlar və hərbçilər, Rusiya FSB-nin əməkdaşları barəsində də məhdudiyyətlər tətbiq edilib. "Novatek Gas and Power Asia" şirkəti də sanksiyalar siyahısına düşüb.
Sanksiya siyahısındakı şirkətlərin Britaniya banklarında hesabları aşkar edildikdə onlar dondurulacaq, fiziki şəxslərin isə ölkə ərazisinə girişi qadağan olunacaq.
Məryəm Quliyeva