ABŞ İspaniyadakı hərbi-dəniz bazasına altıncı esminesini göndərir Dünya

ABŞ İspaniyadakı hərbi-dəniz bazasına altıncı esminesini göndərir

ABŞ İspaniyadakı hərbi iştirakını gücləndirir - oktyabrın 15-də Kadis əyalətindəki Rota hərbi-dəniz bazasına altıncı Amerika esminesinin gəlməsi planlaşdırılır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.

Məlumata görə, söhbət "Arleigh Burke" sinfinə aid "USS John Basilone" idarəolununan raket esminesindən gedir. Gəmini qarşılamaq üçün İspaniyanın müdafiə naziri Marqarita Robles, ABŞ-ın Madriddəki səfiri Bencamin Leon və Altıncı Donanmanın komandanı vitse-admiral Ceffri T. Andersonun Rotada olacağı gözlənilir.

Beşinci gəmi İspaniyaya 2024-cü ilin oktyabrında gəlib. 2023-cü ilin mayında isə Madrid və Vaşinqton hərbi-dəniz bazasında daha iki ABŞ gəmisinin yerləşdirilməsi və onların ümumi sayının altıya çatdırılması barədə razılığa gəlmişdilər.

"Arleigh Burke" sinifli idarəolununan raket esminesləri həm hücum, həm də müdafiə vasitələri ilə təchiz olunmuş çoxməqsədli döyüş gəmiləridir. Onlar müstəqil şəkildə, eləcə də aviadaşıyıcı və ekspedisiya zərbə qruplarının tərkibində fəaliyyət göstərə bilirlər. Gəminin su basımı 8 230–9 900 ton, uzunluğu isə təxminən 155 metrdir.

Məryəm Quliyeva