BMT: ABŞ və İranın ərzaq böhranının qarşısını almaq üçün cəmi bir neçə həftəsi var Dünya

BMT: ABŞ və İranın ərzaq böhranının qarşısını almaq üçün cəmi bir neçə həftəsi var

İran və ABŞ yaxın bir neçə həftə ərzində Hörmüz boğazı vasitəsilə gübrələrin tranzitinin effektiv mexanizmini razılaşdırmalıdırlar, əks halda Asiya və Afrikanın bir çox ölkəsi ərzaq böhranı ilə üzləşəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə BMT-nin Layihələrə Xidmət İdarəsinin direktoru və Hörmüz boğazı üzrə BMT-nin humanitar daşımalar üzrə məqsədli qrupunun rəhbəri Jorji Moreyra da Silva bildirib.

"Yaxın bir neçə həftə ərzində razılaşma əldə etmək həddən artıq vacibdir. Əks təqdirdə, əkin mövsümünü qaçıracağıq. Əgər əkin mövsümünü qaçırsaq, kənd təsərrüfatının məhsuldarlığı əhəmiyyətli dərəcədə düşəcək və bu, qiymətlərə ciddi təsir edəcək", - deyə da Silva qeyd edib.

O bildirib ki, gübrə tranziti məsələsi təcili həll tələb edir. ABŞ və İran bu məsələni tərəflərin daha sonra bağlaya biləcəyi hərtərəfli sazişlə bağlamamalıdırlar.

"Bizim təklifimiz belədir: Siz (ABŞ və İran) hərtərəfli saziş üzrə danışıqları davam etdirərkən, bizə işləməyə icazə verin, imkan verin öz işimizi görək", - deyə BMT rəsmisi vurğulayıb.

BMT-nin məlumatına görə, dünya gübrə ticarətinin üçdə biri məhz Hörmüz boğazından keçir.

Məryəm Quliyeva