İsrail Prezidenti: Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur Siyasət

İsrail Prezidenti: Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur

“İsrail xalqının da Asiya bölgəsinə töhfə vermək üçün kifayət qədər resursu var”.

Bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, İsrail regionla əməkdaşlıq üçün bu ailədə mühüm yer tutur: “Asiyada əməkdaşlığın daha da güclənməsi və layihələrdə yer tutmaq İsrailin istəyidir. Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur. Qarşılıqlı hörmət və təhlükəsizliyin təmini istiqamətində AQEM çərçivəsində mühüm addımlar atılır".