14 Oktyabr 23:50
14 Oktyabr 23:37
11:56
434
San-Marino bayrağı altında üzən yük gəmisinin heyəti göyərtədə başlayan güclü yanğın səbəbindən Rumıniya xilasedicilərindən təcili kömək istəyib.
Xalqcebhesi.az xəbər verir ki, hadisə Qara dənizdə, Rumıniyanın Sulina şəhərindən 14 dəniz mili məsafədə baş verib. "RIA Novosti"nin "Digi 24" telekanalına istinadən verdiyi məlumata görə, kimyəvi maddələr daşıyan gəminin heyəti həyəcan siqnalı (SOS) göndərib.
Rumıniyanın Dənizdə İnsan Həyatının Xilası Agentliyinin məlumatına görə, hadisə yerinə dərhal xilasedici dəstə yola düşüb. Yanğının rəsmi səbəbi hələ ki müəyyən edilməyib, lakin mütəxəssislər tankerin pilotsuz uçuş aparatı (PUA) ilə vurulması versiyasını yoxlayırlar.
Məryəm Quliyeva