Aİ Finlandiyaya sərhədin PUA-lardan müdafiəsi üçün 32 milyon avro ayıracaq Dünya

Aİ Finlandiyaya sərhədin PUA-lardan müdafiəsi üçün 32 milyon avro ayıracaq

Finlandiya Avropa İttifaqından ölkənin sərhəd xidməti tərəfindən pilotsuz uçuş aparatlarının (PUA) aşkar edilməsi və onlara qarşı mübarizə sistemlərinin alınması üçün 32 milyon evro əldə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

Məlumata görə, maliyyələşdirmə Finlandiyanın şərq sərhədində və Fin körfəzi üzərində PUA-ların izlənilməsi imkanlarını yaxşılaşdıracaq sistemlərin satınalınmasına yönəldiləcək. Satınalmaların 2027-2029-cu illərdə həyata keçirilməsi planlaşdırılır.

Məryəm Quliyeva