14 Oktyabr 23:50
Sərdar Berdiməhəmmədov: Türkmənistan Azərbaycanın AQEM-ə sədrliyinə xüsusi dəstək göstərir
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
İsrail Prezidenti Rubionun Mərkəzi Asiyaya gözlənilən səfərini çox vacib adlandırıb
Könül Nurullayeva: “Vahid məktəbli forması nizam-intizama xidmət edir”
İsrail Prezidenti: Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur
12:39
448
"Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq".
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
"Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirmədik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən biraz çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”, - Prezident əlavə edib.
13:34
154
13:33
182
13:31
224