14 Oktyabr 23:50
14 Oktyabr 23:37
11:59
476
Avropa İttifaqı 2027-ci ilin əvvəlinə qədər Ukrayna üçün "Starlink" sisteminə alternatividir hazırlayır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.
Avropa Komissiyası gələn ilin əvvəlindən kommersiya peyklərini Avropanın "Govsatcom" mühafizə olunan rabitə sisteminə qoşmağı, o cümlədən bundan Ukraynanın ehtiyaclarını təmin etmək üçün istifadə etməyi planlaşdırır.
Sistem 2026-cı ilin yanvarından fəaliyyət gösterir və Aİ-nin dövlət peyklərinin imkanlarını birləşdirir. Paralel olaraq, Brüssel özünün "IRIS²" peyk qruplaşmasını işləyib hazırlayır ki, onun tam şəkildə istifadəyə verilməsi 2029-cu ilə planlaşdırılıb.
Lakin müvəqqəti Avropa həllərinin Ukrayna hərbçilərinin istifadə etdiyi "Starlink" şəbəkəsinin hərbi versiyası olan "Starshield"i tam əvəz edə biləcəyi hələ ki məlum deyil.
Məryəm Quliyeva