14 Oktyabr 23:50
Sərdar Berdiməhəmmədov: Türkmənistan Azərbaycanın AQEM-ə sədrliyinə xüsusi dəstək göstərir
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
İsrail Prezidenti Rubionun Mərkəzi Asiyaya gözlənilən səfərini çox vacib adlandırıb
Könül Nurullayeva: “Vahid məktəbli forması nizam-intizama xidmət edir”
İsrail Prezidenti: Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur
12:41
462
Azərbaycan dövlətlərarası münasibətlərin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamaanı deyib.
Dövlət başçısı bildirib ki, ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib: “30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurda, həm də indiki Ermənistan ərazisindəki öz əzəli-tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək Azərbaycana qarşı hərbi təcavüz edib.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalıb”.
Prezident İlham Əliyev əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurasının və diğer beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq: “Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan dövləti döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı”.
13:34
154
13:33
182
13:31
224