14 Oktyabr 23:50
14 Oktyabr 23:37
11:45
441
ABŞ Yaponiyanın atom sualtı qayıqları əldə etmək niyyətini dəstəkləməklə Tokionun nüvə silahlanmasına olan canatmasına göz yumur.
Xalqcebhesi.az xəbər verir ki, bu fikir KXDR-in Mərkəzi Teleqraf Agentliyi (KCNA) tərəfindən yayımlanan təhlükəsizlik məsələləri üzrə beynəlxalq icmalçı Pak Çu Vonun məqaləsində yer alıb.
"Sarsılmış hegemonluğunu qoruyub saxlamaq naminə təhlükəsizlik sahəsindəki yükün böyük hissəsini müttəfiqlərinin üzərinə qoyan ABŞ-nin Yaponiyanın atom sualtı qayıqlarına sahib olmasına yaşıl işıq yandırması narahatlıq doğurur", - deyə materialda bildirilir.
Məqalə müəllifi iddia edir ki, Yaponiyada bu xəttin tərəfdarlarının son məqsədi nüvə silahına sahib olmaq üçün şərait yaratmaqdır. O, Yaponiya hakimiyyətinin sualtı qüvvələrin inkişafı üçün müxtəlif variantların nəzərdən keçirilməsi zərurəti barədə bəyanatlarını məhz bununla əlaqələndirir.
Məqalədə həmçinin qeyd olunur ki, atom sualtı qayıqları məsələsi Yaponiyanın təhlükəsizlik sahəsindəki üç əsas sənədinin planlaşdırılan yenidən baxılması fonunda müzakirə edilir. Müəllifin fikrincə, Tokio müvafiq müddəaları sənədlərin yeni redaksiyasında təsbit etməyə çalışır.
Məryəm Quliyeva