Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur Hadisə

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur.

APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bölmə müdiri 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkən kimi TƏBİB tanınıb.