3 Noyabr 13:50
11:09
448
ABŞ-nin ən zəngin və əhalisi en sıx olan Kaliforniya ştatının qubernatoru 150 ildən çox müddətdə ilk dəfə latınamerikalı mənşəli siyasətçi olacaq.
Xalqcebhesi.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, demokrat Xavyer Beserra seçkilərdə inamlı qələbə qazanıb.
Beserra Co Baydenin administrasiyasında ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri və ABŞ Konqresinin üzvü olub. "Associated Press" agentliyinin qiymətləndirməsinə görə, bülletenlərin 49%-i sayıldıqdan sonra demokrat 65,2% səs toplayaraq "Fox News" telekanalının keçmiş aparıcısı Stiv Hiltonu (Respublikaçılar Partiyası) qabaqlayıb. Daha sonra AP Beserranı seçkilərin qalibi elan edib.
Beserra qubernator postunda Demokratlar Partiyasının nüfuzlu siyasətçisi və respublikaçı prezident Donald Trampın əsas rəqiblərindən biri olan Qevin Nyusomu əvəz edəcək. Nyusom 2019-cu ildən qubernator vəzifəsini tutur. Bu onun ikinci müddəti olduğundan, üçüncü müddətə namizədliyini irəli sürə bilməzdi. Nyusom "X" sosial şəbəkəsində Beserranı qələbə münasibətilə təbrik edib və "Meksikadan olan mühacirlərin oğlu və Kaliforniya arzusunun təcəssümü olan şəxsin Prezident Donald Trampa çağırış edəcəyi" fikrini ifadə edib.
ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar Konqresin 100 senatordan 35-ini və Nümayəndələr Palatasının bütün 435 üzvünü seçirlər. 36 ştatda qubernator seçkiləri də baş tutur.
Məryəm Quliyeva