Gələn il xarici kreditlər hesabına layihələrə 700 milyon manat yönəldiləcək İqtisadiyyat

Gələn il xarici kreditlər hesabına layihələrə 700 milyon manat yönəldiləcək

2027-ci ildə dövlət büdcəsinin əsaslı xərclərindən xaricdən cəlb edilən kreditlər hesabına layihələrin maliyyələşdirilməsinə 700 milyon manat vəsait proqnozlaşdırılır.

“APA-Economics”in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.

Gələn il xüsusi təyinatlı layihələrin maliyyələşdirilməsinə 709 milyon manat ayrılması nəzərdə tutulur.

Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üçün 150 milyon manat, turizmin inkişafı üçün isə 41 milyon manat ayrılacaq.

Büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar tərəfindən tikinti, bərpa, yenidənqurma, əsaslı təmir işlərinə, müxtəlif növ əsaslı alışların həyata keçirilməsinə və digər layihələrə 2 milyard 466 milyon manat yönəldiləcək.