Fransada iğtişaşlar araşdırılır: Yenidən etirazlar gözlənilir Dünya

Fransada iğtişaşlar araşdırılır: Yenidən etirazlar gözlənilir

Noyabrın 3-də Fransanın Milli Assambleyasında oktyabrın 17-də baş vermiş iğtişaşları araşdıran parlament komissiyası fəaliyyətə başlayıb. Komissiya ölkə şəhərlərinin hansı səbəbdən talançıların nəzarəti altına düşdüyünü müəyyənləşdirməlidir.

Xalqcebhesi.az xəbər verir ki, daxili işlər naziri Loran Nunyes baş verənlərə görə məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirib. Lakin buna baxmayaraq, sabah - noyabrın 5-də Fransada əhalinin yenidən küçələrə və etiraz nümayişlərinə çıxacağı gözlənilir.

Məryəm Quliyeva