3 Noyabr 13:50
11:09
462
Növbəti illərdə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin mərhələli şəkildə azaldılması və həcminin Fondun aktivlərinin idarə edilməsindən əldə olunan gəlirlər səviyyəsinə çatdırılması prioritet götürülür.
“APA-Economics”in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.
Sənəddə qeyd olunub ki, 2026-cı ilin birinci yarısında Neft Fondunun aktivlərinin ümumi həcmi 72,6 milyard ABŞ dollarına çatıb.
Aktivlərin ÜDM və borc göstəricilərinə nisbətinin əlverişli səviyyədə olmasına baxmayaraq, büdcə gəlirlərinin əhəmiyyətli hissəsi Fondun transferti hesabına formalaşır. 2026-cı ildə bu göstərici 33,2% təşkil edir.
Sənəddə müqayisə üçün Qazaxıstanda müvafiq göstəricinin 15%, Norveçdə isə 25% olduğu göstərilib.