Demokratlar ABŞ Konqresinin Nümayəndələr Palatasında 255 yer alacaqlar Dünya

Demokratlar ABŞ Konqresinin Nümayəndələr Palatasında 255 yer alacaqlar

Demokratlar Partiyası aralıq seçkilərinin yekunlarına əsasən ABŞ Konqresinin Nümayəndələr Palatasındakı 435 yerdən 255-ini əldə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu proqnoz "NBC News" televiziya şəbəkəsi tərəfindən yayımlanıb.

Kanalın qiymətləndirmələrinə görə, respublikaçıların 180 yeri olacaq. Aşağı palataya nəzarət etmək üçün partiyalardan birinin ən azı 218 mandаt alması lazımdır. "NBC News"un hesablamalarına əsasən, hələlik demokratların 226, respublikaçıların isə 141 kreslosu var.

Məryəm Quliyeva