“İran Hörmüzü tamamilə bağlayacaq imkanlara malik deyil”
8 Sentyabr 19:09
8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Rövşən Rüstəmov: Xəzərdə səviyyənin azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır
Özəl klinika rəhbəri və sahə həkimi rüşvətlə saxta əlillik sənədləri düzəltməkdə ittiham olunur
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib
Mədəniyyət Nazirliyi Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb
11 Oktyabr 2022 17:54
5 551
Trans-Adriatik qaz xətti (TAP) artıq İtaliyanı yeni qaz mənbəyi ilə təmin edir və tələbatının 14 faizdən çoxunu qarşılayır.
Trend-in məlumatına görə, bunu TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati deyib.
O qeyd edib ki, İtaliyanın TAP vasitəsilə qaz tədarükü ötən illə müqayisədə 60 faizdən çox artıb.
"Biz Avropa, o cümlədən, İtaliyaya əlavə qaz həcmləri təklif etmək üçün Cənub Qaz Dəhlizi üzrə tərəfdaşlarımızla birgə nəql gücünün 20 milyard kubmetrədək artırılması planlarına sadiqik", - deyə o bildirib.
Skyeppatinin sözlərinə görə, nəql gücünün genişləndirilməsi 2027-ci ilin sonunadək baş verəcək.
"Bu, yeni borular döşəmədən və İtaliya ərazisində əlavə işlər üçün zərurət olmadan mümkün olacaq. Bunun üçün sadəcə Yunanıstan və Albaniyada yeni kompressorların quraşdırılması kifayət edəcək", - L.Skyeppati deyib.