Bu ilin birinci rübündə dövlət büdcəsi profisitlə icra olunub İqtisadiyyat

Bu ilin birinci rübündə dövlət büdcəsi profisitlə icra olunub

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinə 9234,3 milyon manat vəsait daxil olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan dövrdə büdcədən 8412,6 milyon manat vəsait xərclənib, büdcənin icrasında 821,7 milyon manatlıq profisit yaranıb.