Ölkə ərazisində 98 min 863 ədəd yeni nəsil NKA quraşdırılıb İqtisadiyyat

Ölkə ərazisində 98 min 863 ədəd yeni nəsil NKA quraşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, indiyədək ölkə ərazisində 98 min 863 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Bu ilin yanvar-iyun ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 milyard 377,8 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz və ya 1 milyard manat çoxdur.