17:37
350
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) rəhbəri general Aleksus Qrinkeviç Pentaqona yazılı xəbərdarlıq göndərərək əlavə hərbi gəmi ayrılmayacağı təqdirdə İsraili və ya ABŞ ərazisini müdafiə etmək arasında seçim etməli olacağını bildirib.
Bu barədə "The Washington Post" adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Qrinkeviç əlavə bir Hərbi Dəniz Qüvvələri esminesinin ayrılmasını istəyib. O, əks halda mövcud qüvvələrin həm İsrailin hava hücumundan müdafiəsini, həm də ABŞ ərazisinin təhlükəsizliyini eyni vaxtda təmin etmək üçün kifayət etməyəcəyini qeyd edib.
Nəşr bildirir ki, ABŞ-ın Avropa Komandanlığı Aralıq dənizindəki əməliyyatları əlaqələndirir. Burada yerləşdirilən ABŞ hərbi gəmiləri İran və İranın dəstəklədiyi Yəməndəki husilər tərəfindən İsrail istiqamətində buraxılan raket və pilotsuz uçuş aparatlarının vurulmasında iştirak edir.