Kolumbiyada partlayış - 10 nəfər yaralandı Dünya

Kolumbiyada partlayış - 10 nəfər yaralandı

Kolumbiyanın şimal-şərqindəki Kukuta şəhərində yük maşını partladılıb.

Bu barədə "Blu Radio" məlumat yayıb.

Hadisə polis bölməsinin yaxınlığında baş verib. Partlayış nəticəsində ən azı 10 nəfər xəsarət alıb, yaralananlardan 7-si polis əməkdaşıdır.

Təhlükəsizlik məqsədilə həmin əraziyə giriş bağlanıb, araşdırma aparılır.