30 yaşlı “Əsrin müqaviləsi”... İqtisadiyyat
“Əsrin müqaviləsi”nin bağlanmasından 30 il ötür. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft sektorunda beynəlxalq tərəfdaşları ilə imzaladığı ən iri sazişdir və ölkənin inkişafına müstəsna təsir göstərmiş, iqtisadi-siyasi müstəqilliyinin qarantına çevrilmişdir. “Əsrin müqaviləsi” Azərbaycanın enerji sektoruna qlobal miqyasda strateji investisiyaların cəlb edilməsinə və ölkənin enerji ehtiyatlarının beynəlxalq miqyasda tanınmasına şərait yaratmışdır. Bu günədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokuna 44.5 milyard dollardan çox investisiya yatırılmışdır.
Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün Ümummilli Lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınması yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.
“Əsrin müqaviləsi”nin imzalanması ilə 1999-cu ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Neft Fondu karbohidrogen gəlirlərinin səmərəli idarəsinin və gələcək nəsillər üçün maliyyə sabitliyinin təminatçısına çevrilmiş, vəsaitlərin uzunmüddətli investisiyalara, inkişaf layihələrinə və insan kapitalının inkişafına yönəldilməsini təmin etmişdir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın valyuta ehtiyatlarının həcmi 70 milyar dollara çatmışdır.
“Əsrin müqaviləsi”nin imzalanması ilə 1999-cu ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Neft Fondu karbohidrogen gəlirlərinin səmərəli idarəsinin və gələcək nəsillər üçün maliyyə sabitliyinin təminatçısına çevrilmiş, vəsaitlərin uzunmüddətli investisiyalara, inkişaf layihələrinə və insan kapitalının inkişafına yönəldilməsini təmin etmişdir.
Bakı-Supsa 99,4 milyon ton, Bakı-Tbilisi-Ceyhan (BTC) isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına nəql edib. “Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb, 170 milyard dollardan çox gəlir əldə edilib. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda istismara verildiyi vaxtdan etibarən 570 milyon ton neft və 205 milyard kubmetr təbii qaz hasil olunub. Hasil olunan neftin 60 faizi və ya 345 milyon tonu xarici bazarlarda çıxarılıb ki, bu da ölkənin iqtisadi inkişafına daha da təkan verib. "Azərbaycan "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra daha 37 saziş bağlayıb. 1997-ci ildə Azərbaycanda neft hasilatı illik 9 milyon ton olub, lakin "Əsrin müqaviləsi" bağlandıqdan sonra neft hasilatı 5,6 dəfə artdı və 2010-cu ildə 51 milyon tona çatdı. Lakin sonrakı illərdə “qara qızıl” hasilatı illik 35 milyon tonadək azaldı. bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.
AÇG-də iştirak payları bp - 30,37%; SOCAR- 25%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil - 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%-dir.
Ölkəmizdə son 10 ildə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatın azalmağa başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6 milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon ton təşkil edib. 11 ildə istehsal 15 milyon ton azalıb ki, bu da heç də kiçik rəqəm deyil. Əvəzində isə qaz hasilatı artıb. Belə ki, 2021-ci ildə Azərbaycanda 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%), 32 milyard 573,8 milyon kubmetr əmtəəlik qaz (artım 23%) hasil edilib.
“Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyir. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli imkanları 2025-ci ilin sonlarında əlçatan olacaq. Boru kəmərinin imkanlarının artırılması üzrə bazar sınağının yekunlarına əsasən 2026-cı ildən 2028-ci ilin dekabr ayınadək əlavə olaraq 1,2 milyard kubmetr qaz nəqli üçün müraciət olunub. İkinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək nəql ediləcək. Biz 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli imkanlarla qaz nəqli üzrə müqavilələr imzalayırıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq. TAP-ın imkanları mərhələli şəkildə ikiqat artırılacaq. Bazar sınağı 2021-ci ildə başlanıb. Birinci mərhələ yanvarın 22-də tamamlanıb, ikinci mərhələni isə ilin ikinci yarısında, böyük ehtimalla sentyabr-oktyabr ərzində başlanması nəzərdə tutulur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1 milyard kubmetr həcmində qaz nəql olunur. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə daha da şaxələndirilib. 27 il ərzində neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub.
Azərbaycanın təbii ehtiyatlanndan və milli sərvətlərindən istifadə hesabına əhalinin rifahının yaxşılaşdırılmasında enerji siyasətinin əhəmiyyətli rolu vardır. Hazırda ölkəmizdə 71 neft və qaz yatağı açılıb və onlann əksəriyyəti istismar olunur. Neft və qaz sənayesinin iri layihələri icra edilir. Ölkəmizdə elektrik və istilik eneıjisi istehsalının və istehlakçılara çatdınimasının nəhəng şəbəkəsi vardır. Bütün bunlan özündə birləşdirən yanacaq-eneıji kompleksinin başlıca vəzifəsi daim, dinamik artan milli iqtisadiyytaın və ölkə əhalisinin eneıji resurslan ilə davamlı və fasiləsiz tələbatını hayata keçirməkdən ibarətdir.
Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1347 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).
Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzəryanı ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən, həmçinin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir. Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur. Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkənin qüdrətini daha da artırır.
Mahir Həmzəoğlu