Bank sektorunun depozit portfeli 36 mlrd. manatı ötüb İqtisadiyyat

Bank sektorunun depozit portfeli 36 mlrd. manatı ötüb

Bank sektorunun cəmi öhdəlikləri bu ilin sentyabr ayında 44 mlrd. 550 mln. manata çatıb. Bu isə ilin əvvəli ilə müqayisədə 3% və ya 1,29 mlrd. manat çoxdur.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qeyd edilib ki, öhdəliklərin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib. Sektorun cəmi öhdəliklərin 80.9%-i və ya 36 mlrd. 58.9 mln. manatı depozit portfelinin payına düşüb.
Depozit portfelinin 61.6%-i (22 mlrd. 209.8 mln. manat) hüquqi şəxslərin, 38.4%-i (13 mlrd. 849.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 65.4%-i (9,063.1 mln. manat) milli valyutada, 34.6%-i (4,786 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8,242.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 0.3% və ya 27.3 mln. manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16,808.9 mln. manat (ay ərzində artım 6.2% və ya 978.1 mln. manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil edib.