Qarabağ və Şərqi Zəngəzurda pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb
Nazir: "Yaşıl enerji" layihələri Avropa İttifaqı ilə əməkdaşlığı daha da gücləndirir
Borrero: Xəzər–Avropa yaşıl enerji dəhlizi üzrə əməkdaşlıq genişləndiriləcək
Tramp İran əməliyyatını dörd məqsədə çatana qədər dayandırmayacaq
14:57
637
Ötən il "Şahdəniz" yatağı təxminən 27 milyard kubmetr qaz hasil edib və demək olar ki, 100% etibarlılıq səviyyəsi nümayiş etdirib.
"APA-Economics" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou Cənub Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
""Şahdəniz" həmçinin bp-nin portfelində ən böyük qaz yatağı olaraq qalır. Hazırda Şahdəniz qurğuları gündə təxminən 77 milyon standart kubmetr qaz hasilatı və emalı gücünə malikdir", - Stüart Şou qeyd edib.
Onun sözlərinə görə, qlobal miqyasda enerjiyə olan tələbat artmaqda davam edir: "Biz “enerjiyə əlavə” mərhələsindəyik.
Artan tələbatı qarşılamaq üçün dünyanın həm ənənəvi, həm də aşağı karbonlu enerji mənbələrinə ehtiyacı var. Neft və qaza qarşıdakı onilliklər ərzində də ehtiyac olacaq".
Yaxın illərdə, xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlarda təbii qaza yüksək tələbat olacağını ehtimal olunur və BP-nin strategiyası bu reallığı özündə əks etdirir.
"Məqsədimiz aydındır: bu gün üçün enerji təmin etmək və sabahın enerji sistemini qurmağa kömək etmək. Biz apstrim sahəsində fəaliyyətlərimizi genişləndiririk.Hazırda dəyər yaradan və gələcək artımı dəstəkləyən layihələr işə salırıq. Və 2027-ci ilə qədər apstrim sahəsinə qoyulan investisiyaları təxminən 20% artıraraq ildə təxminən 10 milyard ABŞ dollarına qədər artırmağı nəzərdə tuturuq. Biz öz planlarımızdan əminik. Çünki iri və mürəkkəb yataqların işlənməsi və inteqrasiya olunmuş neft-qaz dəyər zəncirlərinin idarə olunması sahəsində təcrübəmiz var", - BP-nin nümayəndəsi qeyd edib.
16:12
350
16:11
357
16:09
371