Tehran bombardmanlar nəticəsində evini itirənləri otellərdə yerləşdirir Gündəm

Tehran bombardmanlar nəticəsində evini itirənləri otellərdə yerləşdirir

Tehran hakimiyyəti bombardmanlar nəticəsində evini itirən bütün şəhər sakinlərinə yerləşdirilmə üçün bələdiyyələrə müraciət etməyi tövsiyə edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran paytaxtı administrasiyasının nümayəndəsi Əbdolmütəhir Məhəmmədxani məlumat verib.

Onun sözlərinə görə, hazırda administrasiyanın əsas prioriteti insanların təcili yerləşdirilməsi və dağıntıların təmizlənməsidir. Zərərçəkənlər hotellərə yönləndirilmələri üçün yaşadıqları rayonun bələdiyyəsinə müraciət etməlidirlər. ISNA agentliyi onun sözlərini sitat gətirib.