ABŞ səfiri: Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib
ABŞ İrana qarşı əməliyyatlarda MQ-9 Reaper PUA-larının 20%-ni itirib
Hollandiya F-35-lərin alınması üçün 7 milyard avrodan çox vəsait ayıracaq
İran XİN: Danışıqların təfərrüatları ilə bağlı mediada yayılan ehtimalları rədd edib
12 Dekabr 2024 12:16
3 206
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq, o cümlədən 29 milyard 534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24 milyard 332,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 6,1 faiz artıb.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının, 15,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
21 May 17:28
1 456
21 May 17:23
1 519
21 May 17:12
1 491